təhlükəli tullantılar

Tərkibində təhlükəli xüsusiyyətlərə malik toksiki, infeksion, partlayıcı, yüksək reaksiya və yanma qabiliyyətli maddələr olan, əhalinin sağlamlığı və ətraf mühit üçün bilavasitə və ya potensial təhlükə yaradan tullantılar

təhlükəli ekoloji vəziyyət
təhlükəsiz tullantılar
OBASTAN VİKİ
Tullantılar
Tullantılar – istehsal, məişət, nəqliyyat və başqa sahələrdə əmələ gələn və bilavasitə yerində istifadə edilməyən tullantılar. Lakin tullantılardan təsərrüfatın qeyri sahələri üçün real və potensial məhsul kimi istifadə etmək olar. Yararsız tullantı zibil sayılır. == Tullantıların fiziki zərərsizləşdirilməsi == Təhlükəli və zərərli komponentləri məhv etmək məqsədilə tullantıla ra fiziki agentlərlə (radiasiya, işıq və s.) təsir göstərilməsi. Tullantılar haqqında məlumat asan Tulantılar haqqında geniş mılumat == Tullantıların neytrallaşdırılması == Tullantıların turş və qələvi xassələrini neytrallaşdırma prosesi. == Tullantıların norması == Müəssisənin ətraf mühitə atılacaq maye və ya qaz tullantılarının icazə verilən ümumi miqdarı. Tullantıların norması elə hesablanır ki, müəyyən regionun bütün müəssisələri tərəfindən atılan zərərli tullantıların miqdarı yol verilən konsentrasiyanı keçməsin. == Tullantıların susuzlaşdırılması == Texnoloji üsul tətbiq etməklə tullantılardan suyun ayrılması və onun yenidən istifadəsi. Tullantıların bioloji zərərsizləşdirilməsi, tullantıların zərərli komponentlərinin, çirkab sularında isə mikroorqanizmlərin və üzvi maddələrin yox edilməsi. == Tullantısız texnologiya == Təbii resurslardan səmərəli istifadə etmək məqsədilə ayrı-ayrı təsərrüfat və sənaye kompleksindən tullantısız məhsul almağa yönəldilən texnologiya.
Radioaktiv tullantılar
Radiaktiv tullantılar — tərkibində müəyyən normadan artıq radioaktiv izotop olan tullantılar: maye, bərk və qaz halında ola bilər. Maye radiaktiv tullantılar atom elektrik stansiyalarında istifadə edilmiş nüvə yanacağının regenerasiyasında, elm texnika və tibbdə müxtəlif radioaktiv şüalanma mənbələrindən istifadə etdikdə əmələ gəlir. == Radiaktiv tullantıların yerin dərinliklərində basırılması == Radioaktiv tullantıların yayılması və canlı orqanizmlərə zərərli təsir göstərməməsi üçün onların basdırılması.
Təhlükəli itüzümü
Təhlükəli itüzümü (lat. Lycium horridum) == Təbii yayılması == Cənubi Afrikada yayılmışdır. == Botaniki təsviri == Hündürlüyü 2 m оlan həmişəyaşıl kоldur. Açıq sarımtıl budaqları, yaşıl, nеştər və ya еllips fоrmalı yarpaqları оlur. Yarpaq qоltuğundan nazik tikanları çıxır. Çiçəkləri cəhrayı rənglidir. Mеyvələri tam yеtişdikdə qırmızı оlur. İyun ayından başlayaraq nоyabra qədər çiçəkləyir, mеyvələri sеntyabr-dеkabr aylarında yеtişir. Tоxum və qələmlə çоxaldılır. == Ekologiyası == Tоrpağa tələbkar dеyil, quraqlığa və kölgəyə davamlıdır.
Təhlükəli düşüncələr (film, 1995)
Təhlükəli Düşüncələr (ing. Dangerous Minds) — 1995-ci ildə rejissor John N. Smith tərəfindən çəkilmiş film. Film yazıçı LouAnne Johnsonun "My Posse Don't Do Homework" adlı avtobioqrafik hekayəsinin motivləri əsasında çəkilmişdir. == Məzmun == LouAnne Johnson ABŞ-nin dəniz piyada korpusu hissəsindəki xidmətini bitirir. Kaliforniya kolleclərindən birinə İngilis dili müəlliməsi olaraq işə qəbul olur. Onun tələbələri kasıb təbəqənin narazı yeniyetmələri olur,əksəriyyəti özlərini həyatın cəmiyyətə zidd obrazı olaraq görür,küçə dəstələrinə qoşulur və narkotiklərin dövriyyəsi ilə məşğul olurlar. Əvvəlcə LouAnne qəti olaraq dərs deməkdən imtina edir. Lakin sonra fikrindən daşınır. İkinci dərs günündə tələbələrini normal həyata qaytarmaq üçün maraqlı yola əl atar — onlara ABŞ-nin dəniz piyada korpusunda xidmət etdiyindən və karate haqqında danışır. == Film haqqında == Film yazıçı LouAnne Johnsonun "My Posse Don't Do Homework" adlı avtobioqrafik hekayəsinin motivləri əsasında çəkilmişdir.
Təhlükəli sahə (Cənubi Çin dənizi)
Təhlükəli sahə — Cənubi Çin dənizinin cənub-şərq hissəsində çoxlu alçaq adalar və çaylar, batmış qayalıqlar və atolllar ilə səciyyələnən geniş ərazi. Burada riflər adətən okeanın 1,000 metr (3,300 ft) çox dərinlikdən qalxır. Ərazi zəif planlaşdırılmışdır, bu da onu naviqasiya üçün olduqca təhlükəli edir – əsas Sinqapurdan Honkonqa marşrutlar ərazinin qərbinə və şərqinə doğru gedir. Admirallıq Səfər İstiqamətləri bu sahədə naviqasiya ilə bağlı aşağıdakı xəbərdarlığı verir: Su adətən yaşılımtıl-mavi rəngdədir və aydın günlərdə 24–42 metr (79–138 ft) dərinliyə qədər şəffafdır.Bir çox adaların suverenliyi iqtisadi iddialar kimi mübahisəlidir.